
Avtomobili qaçıranlar tutulublar
Bakıda avtomobil qaçıran şəxslər Beyləqan rayonunda saxlanılıblar.
DİN saytının verdiyi məlumata görə, mayın 16-da Beyləqan rayonu ərazisində idarə edilən "VAZ-2107" markalı avtomobil şübhə doğurduğundan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı qeyd edilən avtomobilin Samir Şirinova məxsus olması və mayın 14-də Nəsimi rayonu ərazisindən qaçırılması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinənlər - Beyləqan rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əsgərzadə və Səbahəddin Babalı tutulublar.
Onlar izahatlarında qeyd edilən avtomobilin dövlət qeydiyyat nişanlarını tulladıqlarını bildiriblər.
Mediainfo.az
Digər xəbərlər