
Torpaq sahəsini iki nəfərə satan şəxs məhkəmə zalındaca həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib və onun barəsində başqa yerə getməmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, A. Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı zərərçəkmiş Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib. (apa)
Mediainfo.az
Digər xəbərlər