Masallıda oğurluqla məşğul olan dəstə saxlanılıb

Masallıda oğurluqla məşğul olan dəstə saxlanılıb

25 Aprel 2017 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı rayonunda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə üzvləri zərərsizləşdirilib.

Belə ki, aprel ayının 18-dən 19-a keçən gecə rayonun Qızılağac kəndində Səlimova Tinati və Mirzəyeva Xoşqədəm Hidayət qızlarının yaşadığı və həmən kənd sakini Səfərova Hökumə Abduləli qızının yaşadığı mənzillərə maskalı şəxslər daxil olaraq, ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər dəstə üzvü Bakı şəhərində saxlanılıb. Saxlanılan şəxsər- Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az