Soyğunçulara hökm oxunub

Soyğunçulara hökm oxunub

25 Aprel 2017 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə təqsirləndirilən Atakişiyev Fəhmin Rauf oğlu və Rzayev Fikrət Rauf oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Fikrət Rzayev 5 il 6 ay, Fəhmin Atakişiyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər Bakıda klinika əməkdaşlarına zor tətbiq edərək onlardan birinə xəsarət yetiriblər. İş üzrə zərərçəkmişlər Xəyalə Piriyeva və Səlim Eyvazovdur.
Bu soyğunçuluq əməlində 3-cü şəxsin iştirakı da sonradan müəyyənləşdirilib və onun barəsində də ayrıca cinayət işi açılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən F. Rzayev əvvəllər də cinayət əməli törədib. Amma onun cəzası ödənilməyib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 29.180 (soyğunçuluğa cəhd) maddəsi ilə ittiham olunublar.

Mediainfo.az