Bakıda mağazanı talan edənlərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rabil Rəhimov və Kənan Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Rəhimov 8 il, K. Məmmədzadə isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, ötən ilin yanvarın 4-nə keçən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 36 min manat oğurlanıb.
Nəsimi rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə və Rabil Rəhimov tutulublar.
Mediainfo.az
Digər xəbərlər