Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb

18 Aprel 2017 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Nizami rayonunda evdən oğurluq olub.

Məlumata görə, E.Süleymanov küçəsindəki evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Asif Səfərovun evindən açarseçmə yolu ilə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Mediainfo.az