Ata qatilinə 12 il həbs verildi

Ata qatilinə 12 il həbs verildi

11 Aprel 2017 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan 24 yaşlı Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sərdar Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib. S.Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərova məxsus kafedə onunla mübahisə edib. Ata-oğul arasındakı mübahisə qansız ötüşməyib.

S.Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerini tərk edib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Mediainfo.az