İş adamına 9 il həbs verildi

İş adamına 9 il həbs verildi

3 Aprel 2017 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı M.Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Həşimov millət vəkili Cavanşir Paşazadənin bizes ortağı olub. M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə ittiham irəli sürülüb. M. Həşimov məhkəmədə Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.

O, C.Paşazadənin himayəsində olan "Aygün-C" MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada "Birgə fəaliyyət haqda" müqavilə bağlayıb. Şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, C. Paşazadənin qızı və kürəkəni olub. Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov "Medi-Sina" MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Bu iş üzrə "Hacı Mazan" ləqəbli iş adamı Ramazan Zeyalov zərərçəkmiş şəxs kimi tanınıb.

Mediainfo.az