Kəlbəcər köçkünü olan 80 yaşlı qadın qohumunu bıçaqlayıb - GÖYGÖLDƏ QƏTL

Kəlbəcər köçkünü olan 80 yaşlı qadın qohumunu bıçaqlayıb - GÖYGÖLDƏ QƏTL

10 Mart 2017 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöldə qohumunu öldürən qadının kimliyi məlum olub.

Hadisəni 80 yaşlı Mərquş Bayramovanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib. Araşdırmalar davam edir.

Xatırladaq ki, bu gün Göygöldə qətl hadisəsi törədilib. Rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. Onu qohumu olan qadın öldürüb.

Aqil M.