Qohumunun evindən 20 min manat oğurladı

Qohumunun evindən 20 min manat oğurladı

10 Fevral 2017 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 1-də Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub. Məlum olub ki, Kamal Talıbov təqsirləndirilən şəxsin bibisi oğludur.

Mediainfo.az