Maşın oğruları saxlanılıb
Abşeronda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış, Nicat İbrahimova məxsus "VAZ-2107" markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb.
Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulub.
Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.
Mediainfo.az
Digər xəbərlər








































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)







































