Bakıda quldurluq edib videoya çəkənlərin cəzası açıqlandı
Bakıda quldurluq edən və bu əməllərini telefonla lentə alan şəxslərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, dələduzluqda, hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Hikmət İsgəndərov, Qafar Bağırbəyov, Rauf Əlimuxtarov və İbadulla Əlimuxatrovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.İsgəndərov 9 il, Q.Bağırbəyov 10 il, R.Əlimuxtarov 1 il 3 ay, İ.Əlimuxatrov isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı dəstə üzvləri H.İsgəndərov, Q.Bağırbəyov, R.Əlimuxtarov və İ.Əlimuxatrov qardaşları saxlanılıblar. İlkin dindirilmə zamanı dəstənin başçısı əvvəllər məhkum olunmuş, Yasamal rayon sakini 18 yaşlı H.İsgəndərov Bədəlov Əli Mahmud oğluna və Süleymanov Fuad Əli oğluna qarşı bıçaqla hədələməklə soyğunçuluq etdiyi məlum olub.
Bildirək ki, dəstə üzvləri Yasamal rayonu, Şərifzadə küçəsində avtobus sürücüsü və onun köməkçisini döyərək ağır bədən xəsarətlərini yetirdiklərini də etiraf ediblər. Onlar Orucov Şamxal İbrahim oğlundan ona məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçiriblər.
İstintaq zamanı H.İsgəndərovun telefonuna baxış keçirərkən onun cinayət əməllərini mobil telefonuna çəkdiyi də məlum olub.
Mediainfo.az




































































.jpg)
.jpg)
.jpg)
























