Bakıda intihar etdiyi deyilən şəxsin öldürüldüyü məlum oldu - YENİLƏNİB
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub. 1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfısinə bıçaqla xəsarət yetirilib. T. Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. daha sonra onun öldürüldüyü üzə çıxıb. (musavat)
*****
18 oktyabr
İki gün əvvəl Bakı şəhərinin Nərimanov rayonunda özünü asaraq intihar edən şəxslə bağlı bəzi məlumatlar üzə çıxıb. Yaşadığı evdə intihar edən 35 yaşlı Muğanlınski Teymur Fərrux oğlu informasiya texnologiyaları sahəsində mütəxəssis olub. Son vaxtlar işləməyən və tez-tez spirtli içki qəbul edən T.Muğanlınski oktyabrın 14-də feysbuk səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı status paylaşıb. Həmin hadisədən 1 gün əvvəl isə o, evliliyinin 15-ci ildönümünü qeyd edib.
Dostları bildiriblər ki, T.Muğanlınski çox şən, yeyib-içməyi sevən insan olub. Son vaxtlar baş verən hadisələr isə onun özünə qapanmasına səbəb olub və nəticədə intihar edib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az





























































































