Ata ilə qızını bıçaqlayan kürəkən axtrışdadır - YASAMALDA

Ata ilə qızını bıçaqlayan kürəkən axtrışdadır - YASAMALDA

7 Oktyabr 2016 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Yasamal rayonunda ata ilə qızı bıçaqlanıb. Musavat.com xəbər verir ki, hadisə rayonun Dadaş Bünyadzadə küçəsindəki 11 saylı binanın 23-cü mənzilində baş verib. Həmin ünvanda yaşayan 55 yaşlı İlqar Niyaz oğlu İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qarın nahiyəsindən bıçaqlanan İlqar İsmayılov əməliyyat olunub. Nəsibə İsmayılovanın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicəyə buraxılıb.

Hadisə barədə məlumat alan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Polisə ifadə verən Nəsibə İsmayılovanın sözlərinə görə, onu və atasını həyat yoldaşı bıçaqlayıb. Hazırda polis əməkdaşları Nəsibə İsmayılovanın həyat yoldaşının yerini müəyyənləşdirir.

Faktla əlaqədar cinayət işi başlanıb

Mediainfo.az