Bələdiyyə sədrinin və həyat yoldaşının qatilinə ömürlük həbs cəzası istənilib

Bələdiyyə sədrinin və həyat yoldaşının qatilinə ömürlük həbs cəzası istənilib

6 Oktyabr 2016 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib.

Zərərçəkmiş tərəfin nümayəndələri də onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş ediblər.

Fədai Hüseynov isə onlar danışan zaman "yaxşı edib öldürmüşəm" deyib. F. Hüseynovun vəkili məhkəmədən çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi ə

Mediainfo.az