17 yaşlı oğlan ölümcül döyülüb - NƏRİMANOVDA

17 yaşlı oğlan ölümcül döyülüb - NƏRİMANOVDA

4 Oktyabr 2016 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib. İnsident Ağa Nemətulla küçəsində qeydə alınıb.

17 yaşlı Fərid Ələkbərov tanışları tərəfindən küçənin ortasında döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan Fərid Ələkbərov hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını deyiblər.

Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək hələlik mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

Mediainfo.az