Bakının 2-ci Zabrat qəsəbəsində ağacın dibində basdırılmış silahlar tapıldı

Bakının 2-ci Zabrat qəsəbəsində ağacın dibində basdırılmış silahlar tapıldı

3 Oktyabr 2016 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, 02.10.2016-cı il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd "Super-PP 2/94" və 1 ədəd "MP-654K" tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az