Qonşusunu baltalayıb qaçdı - BALAXANIDA

Qonşusunu baltalayıb qaçdı - BALAXANIDA

8 Sentyabr 2016 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Balaxanı sakini, 1985-ci il təvəllüdlü Xudakərim Əliyevi qonşusu baltalayıb. Xudakərim Əliyev başından aldığı xəsarətlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xudakərim Əliyevin vəziyyəti ağırdır. .

Hazırda Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri görürlər. Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az