
Qadınları Dubayda satan 9 il iş aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Məlumata görə, prosesə Mayıl Bayramov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub.
İnarə Rafiqqızı
Digər xəbərlər