Anasına zəng edəni öldürən gənc apellyasiya şikayəti verib

Anasına zəng edəni öldürən gənc apellyasiya şikayəti verib

27 İyul 2016 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeronda qətl törətməkdə təqsirləndirilən Əsgər Sultanovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Abşeronun Mehdiabad qəsəbəsində baş verib. 1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb. Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Ə.Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb. Ə.Sultanov törətdiyi cinayəti etiraf edib.

Onun ilkin ifadəsinə görə, T.İsmayılov Ə.Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Ə.Sultanov bundan xəbər tutduqdan sonra T.İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T.İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə.Sultanov "Digah işıqforu" deyilən yerdə (28 may küçəsində) T.İsmayılova bıçaqla zərbə endirib və hadisə yerini tərk edib.

Bu il ayının 25-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Ə.Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apllyasiya şikayəti verib.

Mediainfo.az