Külli miqdarda qızıl oğurlamaqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevda Qəhrəmanovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub. Şikayət əsasında ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi üzrə cinayət işi açılıb.
Aqil M.
Digər xəbərlər