Ukrayna TX jurnalistin qətli ilə bağlı altı versiyasını nəzərdən keçirir

Ukrayna TX jurnalistin qətli ilə bağlı altı versiyasını nəzərdən keçirir

21 İyul 2016 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

İstintaq jurnalist Pavel Şeremetin qətli ilə altı versiyanı nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin müşaviri Yuri Tandit "112 Ukrayna" telekanalının efirində danışarkən məlumat verib.

Bununla belə, P.Şeremetin qətlində əsas 4 versiya nəzərdən keçirilir.

Əsas versiyalar arasında ukraynalı jurnalist, "Ukrainskaya pravda" internet-nəşrinin həmtəsisçisi Alyona Pritulanın həyatına qəsd də var. Belə ki, P.Şeremetin avtomobili partladılarkən o, iş yoldaşının maşınında olub.

Başqa bir versiya Ukraynada sabitliyi pozmaq cəhdidir. Y.Tandit bunu həmçinin "Rusiya izi" kimi qələmə verib.

Üçüncü versiya şəxsi motivlər, dördüncü ehtimal isə P.Şeremetin peşə fəaliyyəti ilə əlaqədardır.

Y.Tandit təkcə cinayətin icraçılarını yox, həm də sifarişçilərini tapacaqlarına söz verib.

Qeyd edək ki, P.Şeremet iyulun 20-də səhər saatlarında içərisində olduğu avtomobilin partladılması nəticəsində dünyasını dəyişib. Hüquq-mühafizə orqanları onun ölümünü qəsdən adam öldürmə maddəsi əsasında araşdırır. Ölümündən bir neçə gün əvvəl mərhum telejurnalist izlənildiyini iddia etmişdi.

Mediainfo.az