Restoran sahibinin sürücüsünü öldürən ata-oğul tutuldu

Restoran sahibinin sürücüsünü öldürən ata-oğul tutuldu

21 İyul 2016 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvadakı "Şeş-beş" restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsinə görə şübhəli bilinən 24 yaşlı gənc və onun atası saxlanılıb. İstintaqın versiyasına görə, sürücü etnik qruplaşmalar arasındakı biznes sövdələşməsinin qurbanı olub. Həmin etnik qruplaşmaya Azərbaycan və Şimali Osetiya vətəndaşlarının daxil olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulduqdan sonra ayaqlarına gir bağlayıb yataq kisəsinə salınaraq Moskva çayına atılıb. Saxlanılan ata ilə oğulun qətlin sifarişçiləri olduğu bildirilir. Ancaq onlar bu qətldə rolları olduğunu etiraf etmirlər. Ata və oğula yaxın günlərdə ittiham irəli sürüləcəyi gözlənilir.

Xatırladaq ki, Qeys Məmmədovun sürücüsünün meyiti iyulun 9-da tapılıb.

Mediainfo.az