Pavel Şeremetin qətlinin üç əsas versiyası açıqlanıb

Pavel Şeremetin qətlinin üç əsas versiyası açıqlanıb

20 İyul 2016 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist Pavel Şeremetin qətli üzrə ilkin olraq üç versiya nəzərdən keçirilir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoyan Şkiryak məlumat verib.

Onun sözlərinə görə, versiyalar arasında jurnalistin peşə fəaliyyəti, bu cür cinayətlər zamanı hər zaman nəzərə alınan düşmən münasibət var, eləcə də Ukraynaya qarşı hibrid müharibəsinin getdiyini nəzərə alsaq, "Rusiya izi" istisna edilmir.

Xatırladaq ki, tanınmış jurnalist Pavel Şeremet bu gün səhər Kiyevin mərkəzində avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib. Partlayış Bakı vaxtı ilə 08:45-də, mərhum telejurnalist evindən bir qədər uzaqlaşdıqdan sonra meydana gəlib.

Qeyd edək ki, o, son beş ildə Kiyevdə yaşayıb, "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda aparıcı kimi çalışıb.

Daha əvvəl isə P.Şeremet Rusiya ORT telekanalında, sonradan isə "Birinci kanal"da işləyib.

Mediainfo.az