Ögey atasını bıçaqladı
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, Bakı şəhər sakini,1980-ci il təvəllüdlü İlham Əhmədov yaşadığı evdə bıçaqlanıb. O, xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəni İlham Əhmədovun ögey oğlu, 1996-cı il təvəllüdlü Dövran Annazarovun törətdiyi məlum olub. Dövran Annazarov tutulub. Hadisə ailə münaqişəsi zəminində baş verib. Dövran Annazarov Türkmənistan vətəndaşıdır.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər