“Şakro Molodoy”a görə Rusiyada iki general həbs edildi

“Şakro Molodoy”a görə Rusiyada iki general həbs edildi

19 İyul 2016 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtının mərkəzində - Arbatda - Moskva şəhəri üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin binasında Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarışlar aparılır.

Virtualaz.org "Moskovski Komsomolets" nəşrinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının həyata keçirdiyi bu əməliyyat çərçivəsində İstintaq Komitəsinin generalı Denis Nikandrov həbs edilib. Life.ru iki generalın həbsi barədə məlumat verib.

Mənbənin bildirdiyinə görə, həyata keçirilən əməliyyat bu yaxınlarda tutulmuş "vor zakon" "Şakro Molodoy"un işi ilə bağlıdır.

"Şakro Molodoy"la həbs edilən generalların hər hansı əlaqədə olub-olmadıqları barədə əlavə məlumat verilmir.

Mediainfo.az