Qətllə bağlı cinayət işi başqa hakimin icraarına veriləcək.ğ

Qətllə bağlı cinayət işi başqa hakimin icraarına veriləcək.ğ

18 İyul 2016 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xızı rayonunda qətl törətməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Babək Əzimovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Prosesə hakim Faiq Qəniyev sədrlik edib. Hazırlıq iclasında hakim özü-özünə etiraz edib. Buna səbəb hakimin ibtidai istintaqi aparan müstəntiqlə qohum olmasıdır. Hazırlıq iclası dayandırılıb və cinayət işi dəftərxanaya təqdim oıunub. Cinayət işi başqa hakimin icraarına veriləcək.

Qeyd edək ki, bu ilin fevralı ayının 4-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.

Xızı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Babək Əzimov saxlanılıb.

Hadisəni törədən Babək Əzimov qəsəbədə kafe və mağaza işlədirmiş. E.Qulamovun bir müddət imiş ki, B.Əzimovgilin işlətdiyi mağazaya borcu varmış.

B.Əzimov ilkin ifadəsində bildirib ki, Elmiri ipə-sapa yatmayan adam kimi tanıyırmış və buna görə də ondan pulu ehtiyatla istəyib. Üstəlik fevralın 4-də Elmir Qulamov onların evinə gələndə Babək ona borcu bağışladıqlarını deyib. Amma buna baxmayaraq tərəflər arasında münaqişə yaranıb. İnsident qansız ötüşməyib.

İnarə