Dələduz 8 il azadlıqdan məhrum edilib

Dələduz 8 il azadlıqdan məhrum edilib

12 İyul 2016 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Budaqovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə N. Budaqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Qeyd edək ki, N. Budaqov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Mediainfo.az