
2 qardaşa qarşı 245 min dollarlıq dələduzluq
Bakıda iki qardaşa qarşı külli miqdarda dələduzluq edilib.
Reportun xəbərinə görə, 35 yaşlı Xəyal Ələddin oğlu Namazov və qardaşı 37 yaşlı Nürəddin Ələddin oğlu Namazov hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2015-ci ilin iyul ayında paytaxt sakini 1987-ci il təvəllüdlü Namiq Bəhlul oğlu Yusifov onları aldadaraq 245 min ABŞ dolları və 10 min manat pullarını alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər