Qatilin cinayət işi üzrə istintaq yekunlaşıb
Qəsdən adam öldürməkdə ittiham olunan 32 yaşlı Qusar rayon sakini Habil Abbasovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Məlumata görə, cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatındadır.
Qeyd edək ki, qətl hadisəsi 30 dekabr 2015-ci ildə Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini Habil Abbasov həmkəndliləri Əliverdi Mirzəyev və Ziyəddin Ağasıbəyovla mübahisə edərək onlarla dalaşıb. Əsəblərini cilovlaya bilməyən Habil Abbasov idarə etdiyi "Opel Zafira" markalı avtomobilli həmkəndliləri Əliverdi Mirzəyev və Ziyəddin Ağasıbəyovun üzərinə sürürək onları ağır dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə Ə.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində keçinib, Ziyəddin Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb.
Cinayəti törətməkdə təqsirli bilinən H.Abbasov həbs olunub. Ona Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İnarə Rafiqqızı