2 min manat 10 il cəza ilə əvəzləndirildi

2 min manat 10 il cəza ilə əvəzləndirildi

5 İyul 2016 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Elşən Vahabzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Belə ki, Elşən Vahabzadə bu ilin fevralın 12-də Bakı şəhər sakini Emil Kərimovun 2030 manatını və mobil telefonunu quldurluq yolu ilə alıb.

Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Elşən Vahabzadə tutulub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elşən Vahabzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az