Fikrət Fərəməzoğluna ittiham elan edilib

Fikrət Fərəməzoğluna ittiham elan edilib

4 İyul 2016 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğluna qarşı ittiham irəli sürülüb.

Bu barədə vəkil Nemət Kərimli "Turan"a bilidirib.

Vəkilin sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F.Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: "Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək".

Qeyd edək ki, Jam.az saytı hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə seçilmir. F.Fərəməzoğlu özü isə uzun müddət MTN-in keçmiş rəhbəri Eldar Mahmudovla bağlı olub və onun agentliyini edib.

Mediainfo.az