
Arvadının qanını içərək, güclənən "ər" axtarışdadır
Bu yaşanan olay vampir filmlərindən bir fraqment kimi qulağa gəlsə də, əslində gerçək bir həyatdır.
4 il öncə Maheş Ahirvad adlı biri ilə evlənən Dipa başına gələcəklərdən xəbərsiz idi. Evləndikdən bir neçə ay sonra ərinin şprislə onun qanını çəkməsi və fincanla içməsi Dipaya qəribə gəldi. Və bu hal getdikcə tez-tez təkrarlanmağa başladı. Evin xanımı, "Heç kimə heç nə deyə bilmədim. Çünki məni öldürəcəyini söylədi. Nəyə görə belə əməl tutduğunu soruşduğumda isə mənim qanımı içdikdən sonra onun gücünün artdığını dedi", - deyə açıqlama verib. Sonradan bir uşaq anası olan Dipa bu vəziyyətə dözə bilməyib, atasının evinə qayıdır. Və bütün başına gələnləri polisə şikayət ərizəsi ilə bildirir. Maheş haqda həbs edilmə əmri çıxarılsa da, o, polislərdən gizlənməyi bacarıb.
Pişik çox istədiyindən balasını yeyir, deyirlər.
Günel Həbib
O.M.