Tatlısesin “qohumu” azyaşlı qızları zorlayırmış

Tatlısesin “qohumu” azyaşlı qızları zorlayırmış

12 Aprel 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İzmir şəhərində özünü İbrahim Tatlısesin qardaşı oğlu olaraq tanıdan və bununla da yetkinlik yaşına çatmamış qızlarla cinsi əlaqəyə girən Hakan. T. tutuldu.

Konak qəsəbəsində meydana gələn olayda 24 yaşlı Hakan internetlə tanış olduğu qızlara İbrahim Tatlısesin qardaşı oğlu olduğunu söyləyib. Onun bu sözlərinə inanan "pul düşkünləri" də Hakanla eyni yatağı paylaşmaqdan çəkinməyiblər. Məlumatımızın səbəbkarı da tənbəllik eləmədən otaqda yaşananları gizli kamera ilə görüntüyə alıb. Sonradan isə internetdə yayımlayıb. Aldadılan qızların şikayətindən sonra hərəkətə keçən polis tez bir zamanda Hakanı yaxaladı. İbrahimlə heç bir əlaqəsinin olmadığı, sadəcə urfalı olduğu üzə çıxdı.

İndən belə Hakan "qohumunun" ağlamalı mahnılarını dinləməklə kifayətlənəcək. Çünki buna vaxtı çox, lap çox olacaq.

Günel Həbib

O.M.