
Sumqayıt sakinini bıçaqla hədələyərək pul almış şəxs tutulub
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Ramal Camallını bıçaqla hədələyərək 49 manatını almış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Abbasov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 16-da Sumqayıt şəhər sakinləri Nüsrət Əliyevə və Rəşad Süleymanova qarşı zor tətbiq edərək onlardan da pul alması müəyyən edilib.
Asan yolla pul qazanmaq istədi, daha da çətinə düşdü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər