Məhkəmə iclasları bundan sonra canlı yayımlanmayacaq

Məhkəmə iclasları bundan sonra canlı yayımlanmayacaq

16 Avqust 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin devrilmiş prezidenti Hüsnü Mübarək dünən yenidən məhkəmədə göründü. Hakim Əhməd Rifat sabiq prezidentin cinayət işi ilə keçmiş Daxili İşlər naziri Həbib əl Adlinin işi ilə birləşdirilməsinə qərar verdi. Növbəti iclas sentyabrın 5-nə təyin olunduqdan sonra vəkillər və zaldakılar Mübarək və oğullarının olduğu qəfəsə yaxınlaşaraq, şüarlar ilə qışqırmağa başladılar. Növbəti iclasın canlı yayımla yayımlanmasından isə vaz keçildi. Məhkəmə iclasları bundan sonra bağlı qapılar ardında davam etdiriləcək.

Hüsnü Mübarək vəzifəsindən sui-istifadə etdiyinə və üsyançıların öldürülməsi əmri verilməsinə görə hakim qarşısına çıxır. Oğulları isə yalnız sui-istifadəyə görə mühakimə olunur.

Nə tökərsən aşına, o da çıxar qarşına.

Günel Həbib

O.M.