
İstintaq təcridxanasında intihar hadisəsi baş verib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında intihar hadisəsi baş verib. Xəzər rayon prokurorunun köməkçisi Cəmil Abasquliyevin APA-ya verdiyi xəbərə görə, təcridxanada saxlanılan Şirvan rayon sakini Fərziyev İslam Xədər oğlu özünü asıb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məhbus kimi yaşamaqdansa, ölməyi üstün tutdu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər