Quldur qardaşlara hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İntiqam Hacıyev, Seymur və Elnur Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə İ. Hacıyev 9 il 6 ay, qardaşların hər biri isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını quldurluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulublar.
Mediainfo.az
Digər xəbərlər






































.jpg)
.jpg)
.jpg)





































.jpg)

.jpg)




.jpg-8.jpg)









