Rza Zerrabın məhkəməsinə start verildi

Rza Zerrabın məhkəməsinə start verildi

27 Aprel 2016 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyə vətəndaşı, tanınmış müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın məhkəməsi başlayır.

bu haqda Nyu-Yorkun cənub bölgəsinin baş prokuroru Prit Bharara rəsmi "Twitter" səhifəsində yazıb.

"Şahid Rza Zərrab çərşənbə günü Manhattan Federal Məhkəməsində hakim Riçard Bermanın qarşısına çıxacaq", - prokuror yazıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar pozmaqda, bank sahəsində saxtakarlıq etməkdə, "çirkli pulları yuymaqda" şübhəli bilinir.

O, ABŞ-ın Oklahoma şəhər həbsxanasında bir həftə saxlanıldıqdan sonra təyyarə ilə Nyu-Yorka, oradan isə aprelin 27-də Manhattana gətirilib.

Xatırladaq ki, Rza Zərrab əslən Cənubi Azərbaycandandır. (Report)

Mediainfo.az