Pirallahıda atışma olub

Pirallahıda atışma olub

27 Aprel 2016 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Ziyafət Manafov axtarışdadır

Pirallahı Rayon Polis Şöbəsindən KİV-ə verilən məlumata görə, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z. Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Aqil M.