Batamdardakı "Bulaq" restoranında baş vermiş atışma ilə bağlı son durum - RƏSMİ
Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
*****
02:31
Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.
Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.
Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.
Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır. (lent)
Mediainfo.az

























































.jpg)
.jpg)
.jpg)































