Oyuncaq tapança ilə aptekə basqın edən gəncə ağır cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Cavid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Posesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Cavid Abdullayevin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, hadisə zamanı depresiyada olduğunu deyib. Məhkəmənin hökmü ilə Cavid Abdullayev 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xətai rayonunun Sarayev küçəsində apteklərdən birinə basqın olub. Zərərçəkənin şikayəti ilə Xətai rayon Polis İdarəsi və 34-cü polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Cavid Abdullayevi saxlayıb. Məlum olub ki, adıçəkilən gənc aptekə basqın edərkən oyuncaq tapanca ilə əczaçını hədələyərək 100 manat pul tələb edib. Əczaçının köməyə adam çağırmasını görən Cavid Abdullayev apteki tərk edib.
Polis əməkdaşları C.Abdullayevi çayxanada yaxalayıb. Onun üzərinə baxış keçirilərkən bıçaq da aşkarlanıb.
C.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 181(quldurluq), 228( soyuq silah) maddələri ilə ittiham irəli sürülüb.
İnarə








































.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)
























