Nərimanov rayonunda 55 yaşlı kişini bıçaqlayan şəxs axtarışdadır

Nərimanov rayonunda 55 yaşlı kişini bıçaqlayan şəxs axtarışdadır

19 Aprel 2016 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsi 9 ünvanında yaşayan 55 yaşlı Rafis Mirzəyev bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan Rafis Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Qətlin baş verdiyi əraziyə baxış keçirilib.

55 yaşlı Rafis Mirzəyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda şahid ifadələri alınır, ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.

Nərimanov Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aqil M.