Nefçalada qardaş özündən 4 yaş kiçik qardaşını güllələyib
Aprelin 18-də Neftçalada törədilmiş qətlin təfərrüatı məlum olub.
Qardaşını güllələyərək öldürən Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu artıq saxlanılaraq istintaqa təhvil verilib. Bəlli olub ki, dünən yaşadıqları evdə D.Əliyevlə 22 yaşlı qardaşı Fərid arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya keçib və valideynləri onları ayırıb. Daha sonra 26 yaşlı Dadaş küçəyə çıxan qardaşının arxasınca gedərək tüfənglə onu güllələyib. F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
D.Əliyev özündən 4 yaş kiçik qardaşını "sözləri çəp gəldiyi üçün" güllələdiyini deyib.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi başlanıb, cinayətdə istifadə edilən odlu silah götürülüb.
Aqil M.
Digər xəbərlər






























































































