Cinayətkar dəstə yaradan vəzifəli şəxs təslim oldu

Cinayətkar dəstə yaradan vəzifəli şəxs təslim oldu

15 Aprel 2016 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir neçə cinayətdə ittiham olunaraq axtarışa verilən vəzifəli şəxs təslim olub.

Məlumata görə, axtarışda olan 1982-ci il təvəllüdlü Asəf Abdullayev könüllü olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarəyə gedərək təslim olub.

A.Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 218-ci (cinayətkar dəstə yaratma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur.

Mediainfo.az