Novxanıda adam öldürən 21 yaşlı qıza 10 il hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirlən 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə çxış edən prokuror S. Ramazanovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. S. Ramazanova isə məhkəmənin ədalətinə güvəndiyini deyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən S. Ramazanova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən A. Məmmədov orada ölüb.
Mediainfo.az




















































.jpg)










































