Direktorun 450 min manatını mənimsəyiblər

Direktorun 450 min manatını mənimsəyiblər

12 Aprel 2016 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Beyləqan-Taxıl" SC-nin sədrinin 450 min manatı mənimsənilib.

Bu barədə "Beyləqan-Taxıl" SC-nin sədri Süleyman İsmayılov polisə müraciətində bildirib.

Məlumata görə, Beyləqan rayon sakini, 1952-ci il təvəllüdlü Süleyman İsmayılov polisə müraciət edərək bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Nadir Əliyev onun etibarından sui-istifadə edərək, 450 min manat alıb. Lakin 5 ildən çox müddət keçməsinə baxmayaraq pulunu qaytarmayıb.

S.İsmayılovun müraciəti ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Süleyman İsmayılov "Beyləqan-Taxıl" SC-nin sədri, YAP-ın üzvüdür. Beyləqanda bələdiyyə üzvü olub.

Mediainfo.az