Binəqədidə güllə ataraq adam yaralayanlar axtarışdadır

Binəqədidə güllə ataraq adam yaralayanlar axtarışdadır

12 Aprel 2016 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Mediainfo.az