Ev oğrularının digər cinayətləri də üzə çıxdı
Oğurluq etdiklərinə görə aprelin 3-də tutulmuş şəxslərin digər bu növ cinayət faktlarını törətmələri də müəyyən edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş Ramin Əmənovun və Samid Ağayevin ətrafında Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların cari il yanvarın 22-dən martın 9-dək olan müddətdə daha beş mənzildən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Bundan başqa, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini Nahidə İsgəndərovaya məxsus evdən məişət əşyası oğurlamış həmyerliləri Aslan Əlizadə, Elxan Əzimov və Niyaməddin Nəsibov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 25-də Mübariz Əkbərova məxsus evdən 200 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.
Mediainfo.az