
""28 Mall"da bomba var" - deyən şəxs tutuldu
"28 Mall" ticarət mərkəzinə bomba qoyması barədə yalan məlumat verən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat verən Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər